Şimali Koreya mediası ölkə lideri Kim Çen Inın komaya düşməsi ilə bağlı yayılan xəbərlər fonunda onun yeni fotolarını dərc edib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Britaniyanın “The Sun” tabloidi Kim Çen Inın beyin qanaması keçirdiyini, komaya düşdüyünü və Pekində xəstəxanaya yerləşdirildiyini iddia edib.
Bununla yanaşı, Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) liderin oktyabrın 19-da Pxenyanda keçirilən geyim və ayaqqabı sərgisini ziyarət etdiyini bildirib. Məlumata görə, Kim Çen In məhsullarla tanış olub və işçilərlə söhbət edib. Onu həyat yoldaşı Li Sol Çju və qızı Kim Çju E müşayiət ediblər.
Bununla belə, Şimali Koreyada dövlət mediasının yaydığı fotolar və məlumatlar liderin sağlamlıq vəziyyəti ilə bağlı iddiaları müstəqil şəkildə təsdiqləmir.
Qəmər Kazımzadə




