Xarici xəbərlər

Zelenski Rubionun müzakirə etdiyi üç əsas məsələni açıqlayıb

20 Oktyabr 2026, 22:271
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı apardığını bildirib. Tərəflər hava hücumundan müdafiə raketlərinin tədarükünü, Rusiya zərbələri barədə erkən xəbərdarlığı və Starlink sisteminin fəaliyyətini müzakirə ediblər.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, ilk növbədə ballistik raketləri zərərsizləşdirmək üçün ələkeçirici raketlərə ehtiyac var. Bu, insanların həyatını qorumaq üçün vacibdir.

O, həmçinin Rusiyanın ballistik raket hücumları barədə əvvəlcədən xəbərdarlıq sisteminin əhəmiyyətini vurğulayıb. Üçüncü məsələ isə Starlink/Starshield sistemləri ilə bağlı vəziyyətin bərpasıdır.

Zelenski Rubio ilə gələcək addımları müzakirə etmək üçün daimi əlaqə saxlamaq barədə razılığa gəldiklərini bildirib və ABŞ-a Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edib.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600