Xəzər dənizində yerləşən Nordovı adası dəniz səviyyəsinin aşağı düşməsi səbəbindən yarımadaya çevrilə bilər.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı alimlərin məlumatına görə, son beş ildə Xəzər dənizinin səviyyəsi hər il təxminən 23 santimetr azalır.
Dəniz səviyyəsinin enməsi nəticəsində dayaz ərazilər tədricən üzə çıxır. Buna görə də sahilə yaxın yerləşən adalar materiklə birləşə bilər.
Pərvin Hacıyeva




