Rusiya Prezidenti Vladimir Putin gələn ay ABŞ və Çin liderləri ilə görüşərək Ukraynadakı münaqişənin həlli yollarını müzakirə etməyi təklif edib.
Zefer.media WSJ-yə istinadən xəbər verir ki, Rusiya kəşfiyyatının keçmiş əməkdaşının sözlərinə görə, Putin bu ideyanı oktyabrın 9-da ABŞ Prezidenti ilə telefon danışığı zamanı səsləndirib.
ABŞ-ın yüksək vəzifəli rəsmilərindən biri bildirib ki, Ağ Evin rəhbəri hələlik belə bir sammitin keçirilməsinə razılıq verməyib. Bununla belə, rəsminin sözlərinə görə, ABŞ Prezidenti seçkiqabağı vədini yerinə yetirmək və münaqişəni həll etmək istəyini nəzərə alaraq bu təklifə müsbət yanaşa bilər.
Pərvin Hacıyeva




