İranın xarici işlər naziri Abbas Əraqçi Fransa Prezidenti Emmanuel Makronu iranlılara qarşı zorakılığa dəstək verməkdə ittiham edib.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Əraqçi “X” sosial şəbəkəsindəki paylaşımında Makronun ABŞ Prezidentinə iranlılara qarşı törədilən vəhşilikləri dəstəklədiyini bildirməklə öz taleyini müəyyənləşdirdiyini yazıb.
“İndi müharibədə İranı ittiham etmək üçün artıq gecdir. Çünki Makron özü bu müharibənin alovlanmasına töhfə verib. Fransa xalqı, o cümlədən sərbəst toplaşmaq azadlığı sahəsində genişmiqyaslı dəyişikliklər tələb edir. Cənab Prezident, Fransanın gələcəyinin səsinə qulaq asın”, – deyə Əraqçi qeyd edib.
O, paylaşımına Fransadakı etirazlar fonunda Makronun çıxışının videosunu da əlavə edib.
Pərvin Hacıyeva





