Gecə saatlarında Kiyevə ballistik raketlərlə zərbə endirilib. Hücum nəticəsində şəhərdə bir sıra obyektlərə ziyan dəyib, üç nəfər xəsarət alıb.
Zefer.media “Radio Svoboda”ya istinadən xəbər verir ki, ABŞ Ukrayna tərəfini hücum barədə yenidən əvvəlcədən xəbərdar etməyib. Məlumata görə, raket buraxılışları ilə bağlı heç bir məlumat verilməyib.
Zərbə nəticəsində “Çerniqovskaya” metro stansiyasına ziyan dəyib. Həmçinin dəmir yolu relsləri və kabel şəbəkəsi zədələnib.
Solomenski rayonunda raket qalıqları 25 mərtəbəli yaşayış binasının birinci mərtəbəsinə və qeyri-yaşayış binasına düşüb.
Sosial şəbəkə kanallarının məlumatına görə, zərbə Şulyavka ərazisində yerləşən “Cosmo Multimall” ticarət mərkəzinə də dəyib.
Pərvin Hacıyeva




