Xarici xəbərlər

Zelenski Rusiyaya zərbələri dayandırmaq müqabilində Patriot raketləri istəyib

19 Oktyabr 2026, 12:471
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə Rusiyanın neft emalı zavodlarına və dizel yanacağının istehsalı ilə bağlı infrastruktura zərbələri dayandırmaq müqabilində “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər verilməsini təklif edib.

Zefer.media Bloomberg-ə istinadən xəbər verir ki, Zelenski Vaşinqtonun atdığı addımların, onun fikrincə, Kiyevi Moskva ilə danışıqlarda güzəştlərə getməyə məcbur etmək məqsədi daşıdığını bildirib.

“Mən hesab edirəm ki, Ukraynanı kapitulyasiyaya razı salmaq üçün addımlar atılıb”, – deyə Zelenski Bloomberg-ə müsahibəsində bildirib.

O, amerikalı tərəfdaşlarının Ukraynanın maraqları hesabına müharibəni daha tez başa çatdırmağa çalışdığına inanmaq istəmədiyini, lakin baş verənlərin məhz belə göründüyünü qeyd edib.

Ukrayna Prezidenti Vaşinqtona təklifini də açıqlayıb. Onun sözlərinə görə, Kiyev Rusiyanın dizel yanacağı ilə əlaqəli obyektlərinə zərbələr endirməyi dayandırmağa, bunun müqabilində isə öz obyektlərini qorumaq üçün “Patriot” sistemlərinə əlavə raketlər almağa hazırdır.

“Sonuncu təklifim belə idi: biz Rusiyanın dizel yanacağı ilə əlaqəli obyektlərinə zərbələr endirmirik, siz isə obyektlərimizi qorumaq üçün bizə ‘Patriot’ sistemləri üçün raketlər verirsiniz”, – deyə Zelenski bildirib.

Pərvin Hacıyeva

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600