Rusiyaya məxsus yeddi təyyarənin Moskva vilayətindəki Çkalovski hərbi aerodromundan havaya qalxması diqqət çəkib.
Zefer.media xarici mənbələrə istinadən xəbər verir ki, hadisə Rusiyaya qarşı kütləvi PUA hücumu zamanı baş verib. Çkalovski aerodromunda Kremlə və Rusiya Nazirlər Kabinetinə xidmət göstərən aviasiya bazalaşır.
Telegram kanalı Supernova+ təyyarələrin eyni vaxtda havaya qalxmasına diqqət çəkib. Onların göyərtəsində kimlərin olduğu və uçuşların səbəbi barədə rəsmi məlumat verilməyib.
Qəmər Kazımzadə




