Xarici xəbərlər

Uitkoff və Kuşner Rusiya aktivlərinin bir hissəsinin dondurulmasının ləğvini təklif ediblər

15 Oktyabr 2026, 17:262
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Ukrayna üzrə danışıqların bərpası məqsədilə Avropa ölkələrinə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin sərbəst buraxılmasını təklif ediblər.

Zefer.media xəbər verir ki, “Financial Times”ın məlumatına görə, təşəbbüs Mayamidə Böyük Britaniya, Fransa, Almaniya, NATO və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə təqdim olunub.

Təkliflər arasında dondurulmuş aktivlərin sərbəst buraxılan hissəsinin idarə olunması üçün ABŞ-ın nəzarəti altında xüsusi maliyyə mexanizminin yaradılması da yer alıb.

Nəşrin məlumatına görə, Avropa nümayəndələri ABŞ-ın təklifini rədd ediblər.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600