ABŞ Ukraynanın Rusiya enerji obyektlərinə yeni zərbələr endirəcəyi təqdirdə, Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini dayandıra biləcəyini bildirib.
Zefer.media xəbər verir ki, ABŞ kəşfiyyatının nümayəndələri Vaşinqtondakı Ukrayna səfirliyinə xəbərdarlıq ediblər. Bildirilib ki, Rusiyanın enerji obyektlərinə yeni hücumlar kəşfiyyat məlumatlarının mübadiləsinin dərhal dayandırılması ilə nəticələnəcək.
Mənbənin sözlərinə görə, xəbərdarlıqlar o qədər geniş miqyaslı olub ki, hətta Ukrayna soyadlarını daşıyan şəxslərə belə zənglər edilib.
Aytən Yalçınqızı




