Xarici xəbərlər

Danimarkanın dövlət reyestri sındırılıb: parol “123456” olub

15 Oktyabr 2026, 16:471
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Danimarkanın Mərkəzi Əhali Reyestrinə edilən kiberhücum nəticəsində təxminən 9 milyon qeydə giriş əldə edilib.

Zefer.media xarici KİV-lərə istinadən xəbər verir ki, reyestrdə şəxslərin adları, ünvanları, identifikasiya nömrələri, eləcə də vəfat etmiş və ölkədən köçmüş şəxslərlə bağlı məlumatlar saxlanılır.

Məlumata görə, kiberhücum təsadüfən yalnız 12 gün sonra aşkarlanıb.

Məlumat sızmasının ehtimal olunan mənbəyi məlumatların emalı xidmətlərini göstərən və zəif parollardan istifadə edən İT şirkəti olub.

Hakerlər əldə etdikləri məlumatları satmaq və ya yaymaq niyyətində olmadıqlarını bildiriblər.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600