İran Tehranın tətbiq etdiyi məhdudiyyətləri pozan gəmilər üçün Hörmüz boğazını tamamilə bağlaya bilər. Bu barədə “Reuters” İran rəsmilərinə istinadən məlumat yayıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, nəşrin məlumatına görə, təxminən 10 gün əvvəl İran boğazdan keçidlə bağlı məhdudiyyətləri pozduğunu hesab etdiyi gəmilərə qarşı hücumların xarakterini və intensivliyini dəyişib.
Tehran həmçinin əməliyyatların coğrafiyasını genişləndirməyi planlaşdırır. Məqsəd dünya bazarında neft qiymətlərinin aşağı düşməsinin qarşısını almaq və noyabrda ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərinin nəticələrinə təsir göstərməkdir.
“Məqsəd ABŞ və müttəfiqlərinin dünya bazarında neft qiymətlərini aşağı salmaq cəhdlərini pozmaqdır”, – deyə yüksək vəzifəli İran rəsmilərindən biri bildirib.
Aytən Yalçınqızı




