Ukraynanın pilotsuz uçuş aparatları Rusiyanın Saratov vilayətinin Balakovo şəhərində “Sberbank”a məxsus məlumat emalı mərkəzinə ziyan vurub.
Zefer.media xarici mənbələrə istinadən xəbər verir ki, müəssisənin tikintisinə 2021-ci ildə başlanılıb. Rusiya hakimiyyəti mərkəzi Avropanın ən böyük məlumat emalı kompleksi kimi qurmağı və 2030-cu ilədək tam istifadəyə verməyi planlaşdırırdı.
Ötən həftə də Ukraynanın Rusiyanın bir neçə bölgəsində “Yandex”ə məxsus məlumat mərkəzlərinə hücum etdiyi, bunun şirkətin xidmətlərində fasilələrə səbəb olduğu bildirilmişdi.
Qəmər Kazımzadə




