Roma Papası XIV Lev əməliyyat olunub. Cərrahlar onun sağ ağciyərinin xərçəng toxuması olan aşağı payını çıxarıblar. Əməliyyatın ağırlaşma olmadan başa çatdığı bildirilir.
Zefer.media xarici KİV-lərə istinadən xəbər verir ki, pontifik təxminən bir həftə xəstəxanada qalacaq. Onun oktyabrın 20-dək nəzərdə tutulan ictimai tədbirləri ləğv edilib.
XIV Levin noyabrda Cənubi Amerika ölkələrinə planlaşdırılan səfərinin baş tutub-tutmayacağı isə hələlik məlum deyil.
Aytən Yalçınqızı




