Xarici xəbərlər

Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib: istilik elektrik stansiyası və yaşayış binası vurulub

14 Oktyabr 2026, 12:230
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib. Zərbələrin əsas hədəfi şəhərin mühüm enerji obyektlərindən biri olan 4 saylı İstilik Elektrik Stansiyası (İES) olub.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, stansiyaya zərbələr endirilib. Həmçinin yaşayış binasına ziyan dəyib, hadisə yerində yanğınsöndürmə-xilasetmə işləri aparılır.

Zelenski bildirib ki, Ukrayna tərəfi tərəfdaşlarından raket buraxılışları barədə əvvəlcədən xəbərdarlıq almayıb. Raketlər Kiyevə yaxınlaşarkən aşkarlanıb.

Ukrayna kəşfiyyatı yeni hücumların hazırlanması barədə xəbərdarlıq edib. Zelenski vurğulayıb ki, Ukrayna enerji infrastrukturuna zərbələri dayandırmağa razılıq versə də, Rusiya ABŞ prezidentinin bəyanatlarına baxmayaraq elektrik stansiyalarını vurmaqda davam edir.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600