Xarici xəbərlər

Niderlandlar üç rusiyalı gimnastikaya viza verməyib – onlar Rotterdamda keçiriləcək dünya çempionatını buraxacaqlar

13 Oktyabr 2026, 20:432
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya Gimnastika Federasiyasının məlumatına görə, Olimpiya çempionları Ancelina Melnikova və Viktoriya Listunovaya, eləcə də Anna Kalmakovaya ölkəyə giriş icazəsi verilməyib.

Zefer.media xarici KİV-lərə əsasən bildirir ki, Dünya çempionatı oktyabrın 17-dən 25-dək keçiriləcək və 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Olimpiya Oyunlarına seçmə mərhələlərindən biri olacaq.

Rusiya federasiyası Niderlandın qərarını artıq “ayrı-seçkilik” və “Olimpiya seçmələrində bərabər şərait prinsipinin kobud şəkildə pozulması” adlandırıb.

Rusiya Beynəlxalq Olimpiya Komitəsinə və “World Gymnastics” təşkilatına şikayətlə müraciət etmək niyyətindədir.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600