Xarici xəbərlər

Britaniyada zooparkda pələngin parçaladığı kişinin kimliyi məlum olub

13 Oktyabr 2026, 20:301
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Həlak olan şəxsin adının Uilyam Çepmen olduğu müəyyənləşib. 

Zefer.media xarici KİV-lərə istinadən bildirir ki, oktyabrın 10-da o, Donkaster yaxınlığındakı “Yorkshire Wildlife Park” zooparkında Altay adlı Amur pələnginin olduğu qəfəsə daxil olub.

Faciədən az əvvəl kişi qəfəsin içərisində çəkilmiş video yayımlayıb. Bir müddət sonra pələng ona hücum edib. Hadisə yerinə gələn həkimlər Çepmenin həyatını xilas edə bilməyiblər.

Şahidlərin sözlərinə görə, hadisədən əvvəl kişi qeyri-adi davranıb: rəqs edib, baş əyib, dua edib və ziyarətçilərdən onu pələnglərin yanında fotoşəkil çəkmələrini istəyib. Məlumata görə, qadınlardan biri onu dayandırmağa çalışsa da, buna nail ola bilməyib.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600