Gənc “iş adamı” özünə məxsus olmayan mənzilin altı aylıq kirayəsi ilə bağlı elan yerləşdirib.
Zefer.media xarici mənbələrə istinadən bildirir ki, Kirayəçi tapıldıqdan sonra yeniyetmə müqaviləni imzalamaq üçün görüş təyin edib.
Şəxsiyyətini gizlətmək məqsədilə görüşə parik, kepka və gün eynəyi ilə gəlib.
Lakin sövdələşmə baş tutmayıb. Gənc 40 min zloti (təxminən 10,2 min dollar) əvəzinə polislə qarşılaşıb.
Yeniyetmə saxlanılıb. Ailə məhkəməsi isə onun üç ay müddətinə yetkinlik yaşına çatmayanlar üçün qapalı müəssisəyə yerləşdirilməsi barədə qərar qəbul edib.
Lalə Qurbanlı




