Oktyabrın 8-də “Yandex” ehtimal ki, obyektləri Ukraynanın hücumlarından qorumaq məqsədilə xəritələrdə məlumat mərkəzlərinin yerləşdiyi yerləri gizlədib.
Zefer.media “Sota” nəşrinin məlumatına görə bildirir ki, jurnalist özünü ukraynalı pilotsuz uçuş aparatı operatoru kimi təqdim edərək səsli köməkçi “Alisa”dan şirkətin digər məlumat mərkəzlərini tapmağa kömək etməsini istəyib.
Neyron şəbəkə “tapşırığı başa düşdüyünü” bildirib, ən mühüm obyektlərin ünvanlarını təqdim edib və hətta işində uğurlar arzulayıb.
Lalə Qurbanlı





