Ukrayna Kursk vilayətində “İskəndər” raketlərinin təmir bazasına zərbə endirdiyini açıqlayıb.
Zefer.media Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə bildirir ki, Ukrayna qüvvələri oktyabrın 12-nə və 13-nə keçən gecələr Bryansk vilayətində radiolokasiya stansiyasını da vurub.
Bundan əlavə, Baş Qərargah Luqansk vilayətinin işğal altında olan hissəsində Doljansk yaxınlığındakı yanacaq anbarına və Rubejnoye yaxınlığındakı sursat anbarına zərbələr endirildiyini bildirib.
Lalə Qurbanlı




