Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Böyük Britaniya tərəfi Feyrfod aviabazasına təhdidin arxasında, demək olar ki, əminliklə İran İslam İnqilabı Keşikçiləri Korpusunun dayandığı qənaətinə gəldikdən sonra Avropa İttifaqı Böyük Britaniyanı dəstəkləyir.
Zefer.media bunu xarici KİV-lərə istinadən bildirir.
“İranın həyata keçirdiyi qorxu və xaos kampaniyası Yaxın Şərqin hüdudlarından xeyli kənara çıxır. Mən həmkarlarıma qoşularaq İranın düşmənçilik hərəkətlərini pisləyirəm. Böyük Britaniya bizim yaxın tərəfdaşımızdır və biz qətiyyətlə onun yanındayıq”, – Kallas X sosial şəbəkəsində yazıb.
Lalə Qurbanlı





