Almaniyanın Nürnberq hava limanında hava məkanında naməlum uçan obyektin görünməsi səbəbindən uçuşlara məhdudiyyət qoyulub.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, DPA agentliyinin hava limanı nümayəndəsinə istinadən yaydığı məlumata görə, üç pilot ayrı-ayrılıqda ehtimal olunan dron gördüklərini bildiriblər.
Polis aparatı tapmaq üçün helikopter cəlb etsə də, hələlik onun yerini müəyyənləşdirə bilməyib.
Qəmər Kazımzadə




