Xarici xəbərlər

Qara dənizdə Rusiya PUA-ları iki gəmiyə hücum edib: yaralılar arasında səkkiz azərbaycanlı var

13 Oktyabr 2026, 19:540
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Qara dənizdə Bolqarıstanın müstəsna iqtisadi zonasında iki ticarət gəmisi — Azov Concord və Chelsea 3 pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Gəmilərdən biri batıb, digəri isə Varna limanına çatmağa nail olub.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, Chelsea 3 gəmisindən 15 dənizçi təxliyə edilib. Onlardan səkkizi Azərbaycan, yeddisi isə Ukrayna vətəndaşıdır. Dənizçilər yüngül xəsarətlər alıblar.

Xilas edilən dənizçilərin sözlərinə görə, gəmiyə üç pilotsuz uçuş aparatı ilə hücum edilib. Batmış Azov Concord gəmisinin bir heyət üzvü xilas edilib, axtarış-xilasetmə əməliyyatı isə davam edir.

Bolqarıstanın baş naziri Rusiyanın bu ölkədəki səfiri Eleonora Mitrofanovanın Xarici İşlər Nazirliyinə çağırılacağını bildirib. Həmçinin NATO-nun baş katibi Mark Rütte ilə məsləhətləşmələrin aparılması nəzərdə tutulur.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600