Xarici xəbərlər

Tramp Rusiyanın və Çinin İrana yardım etdiyinə şübhə ilə yanaşıb

13 Oktyabr 2026, 19:473
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Prezidenti Donald Tramp Rusiyanın və Çinin İrana yardım göstərməsi ilə bağlı iddialara şübhə ilə yanaşdığını bildirib.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, Tramp sosial şəbəkədəki paylaşımında bu ölkələrin İrana yardım etdikləri halda belə, bunun çox məhdud səviyyədə olduğunu düşündüyünü yazıb. O, Moskva və Pekinin Tehrana yardım göstərdiyinə ümumiyyətlə inanmadığını qeyd edib.

Bununla yanaşı, ABŞ Prezidenti Rusiyanın və Çinin İrana mümkün dəstəyi barədə Vaşinqtonun qısa müddətdə xəbər tutacağını vurğulayıb.

“Onların itirəcəkləri çox şey var və biz bundan xəbər tutardıq, özü də çox tez!” – deyə Tramp bildirib.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600