Fransa qanunsuz şəkildə yanacaq daşıyan neft tankerini saxlayıb. Gəmi Reyunyon adasından 450 mildən çox cənubda ələ keçirilib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.
Onun sözlərinə görə, əməliyyat Fransanın dünyanın harasında baş verməsindən asılı olmayaraq, istənilən qanunsuz fəaliyyətlə mübarizə aparmaq əzmini nümayiş etdirir.
Aytən Yalçınqızı




