Xarici xəbərlər

Trampın nümayəndələri Rusiya dizelinin ixracı ilə bağlı razılaşmanın məqsədini Ukraynaya izah ediblər

13 Oktyabr 2026, 19:390
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Prezidenti Donald Trampın nümayəndələri Ukrayna rəsmilərinə Rusiya dizel yanacağının ixracına icazə verən razılaşmanın Moskvanı yenidən danışıqlar masasına qaytarmaq səylərinin bir hissəsi olduğunu bildiriblər.

Zefer.media “Reuters”ə istinadən xəbər verir ki, bu barədə agentlik görüşün gedişindən məlumatlı üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, cümə günü Mayamidə keçirilən görüşdə Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner Ukrayna tərəfinə Rusiya Prezidenti Vladimir Putinin artıq dörd il yarımdır davam edən müharibənin başa çatmasını müzakirə etməyə hələ hazır olmadığını deyiblər.

Reuters-in iki mənbəsinin sözlərinə görə, ABŞ tərəfi ötən həftə elan edilən razılaşmanın ABŞ, Rusiya və Ukraynanın iştirak edəcəyi üçtərəfli danışıqların bərpasına kömək edəcəyinə ümid edir.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600