ABŞ-nin hər iki partiyasını təmsil edən yeddi senator, o cümlədən dörd respublikaçı Prezident Donald Trampı Rusiya ilə dizel yanacağının tədarükü barədə razılaşmaya yenidən baxmağa çağırıb.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, senatorlar bu razılaşmanın Ukraynaya qarşı təcavüz dayandırılana qədər Rusiyanın enerji resurslarının idxalını qadağan edən 2022-ci il qanununa zidd olduğunu iddia edirlər.
Onlar Tramp administrasiyasının qərarı barədə Konqreslə məsləhətləşmədiyini və qanunun tələb etdiyi izahatı təqdim etmədiyini bildiriblər.
Oktyabrın 9-da Tramp Rusiya Prezidenti Vladimir Putinlə Rusiya dizel yanacağının ABŞ və dünya bazarlarına tədarükü barədə razılaşma əldə olunduğunu açıqlayıb.
Daha sonra Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələrini tənqid edərək, bu hücumların ABŞ fermerləri üçün problemlər yaratdığını bildirib.
Aytən Yalçınqızı




