ABŞ Prezidenti Donald Tramp İrandan sonra kommunist idarəçiliyi altında olan Kuba ilə bağlı məsələyə diqqət yetirəcəyini vəd edib. Bununla belə, İran və Kubada baş verən proseslərin paralel şəkildə davam etməsi də istisna olunmur. Bəs Tramp ABŞ-ın uzun illərdir təzyiq göstərdiyi adanı qısa və sürətli müharibə yolu ilə ələ keçirə biləcək, yoxsa onu “razılaşma” vasitəsilə özünə tabe etdirəcək?
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin dövlət katibi Marko Rubio Kubanın artıq süqut etdiyinə inanır. O, Fox News telekanalına müsahibəsində bildirib ki, ölkənin iqtisadi və dövlət idarəetmə sistemləri normal fəaliyyət göstərə bilmir.
Rubionun sözlərinə görə, Kubanı 20 il əvvəl artıq uğursuzluğa düçar olmuş inqilabı təbliğ edən insanlar idarə edir. Kuba əsilli mühacirlərin nəslindən olan Rubio “Azadlıq adası”nı hər mənada müflis dövlət adlandırıb.
ABŞ-nin adi kubalıların necə yaşaması ilə nə işi var? Məqalə müəllifinin fikrincə, Vaşinqtonun adadakı maraqları Kuba əhalisinin rifahı ilə bağlı narahatlıqdan daha geniş və müxtəlifdir.
Pərvin Hacıyeva

















