Cənubi Koreya Şimali Koreyalı hərbi əsirlərlə bağlı yaranan diplomatik qalmaqaldan sonra Ukraynadakı səfirini geri çağırıb.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, diplomatik qarşıdurmaya Ukrayna Prezidenti Volodimir Zelenskinin Kursk vilayətində Ukrayna hərbçiləri tərəfindən əsir götürülmüş iki Şimali Koreya əsgərinin Cənubi Koreyaya təhvil verilməsi barədə açıqlaması səbəb olub.
Cənubi Koreya tərəfi bildirib ki, əsirlərin və Şimali Koreyada yaşayan ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə onların təhvil verilməsi barədə məlumat məxfi saxlanılmalı idi. Lakin Kiyev belə bir məlumatın açıqlanmaması ilə bağlı razılaşmanın mövcud olduğunu inkar edir.
Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon bildirib ki, Ukrayna baş verənlərlə bağlı üzr istəyib, lakin Seul həmin üzrxahlığı kifayət hesab etməyib.
Pərvin Hacıyeva




