Ermənistanın Baş naziri Nikol Paşinyan Şəki kəndinin sakininin yaralanması ilə nəticələnən insidentin qadın polis əməkdaşlarının gəlməsini gözləsəydi, baş verməyə biləcəyini bildirib.
Zefer.media bu barədə xarici mətbuata istinadən xəbər verir.
Onun sözlərinə görə, uşaqlar evlərdən birində tanımadıqları bir şəxsi görüblər və bu barədə analarına məlumat veriblər. Qadın polisə zəng edib, lakin daha sonra həmin evə özü yaxınlaşmaq qərarına gəlib və hüquq-mühafizə əməkdaşlarından əvvəl hadisə yerinə çatıb.
Pərvin Hacıyeva




