Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) laboratoriya əməkdaşının taun xəstəliyinin ağciyər formasına mümkün təsadüfi yoluxmadan sonra ağır pnevmoniyadan ölməsi ilə bağlı məlumatları araşdırır. ABŞ da bununla bağlı izahat tələb edir.
Zefer.media Minval.az – a istinadən xəbər verir ki, Rusiyanın səhiyyə orqanları ÜST-yə bildiriblər ki, son vaxtlar İrkutsk vilayətində taun xəstəliyinə yoluxma halları qeydə alınmayıb. Həmçinin müəyyən edilmiş təmasda olan şəxslərin müayinəsi zamanı yüksək təhlükəli patogenlər aşkarlanmayıb.
Pərvin Hacıyeva





