Avropa Komissiyası Ukraynaya 90 milyard avroluq dəstək kreditinin müdafiə hissəsi çərçivəsində 1,24 milyard avro köçürüb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, ayrılan vəsait Ukrayna şirkətləri tərəfindən PUA-ların, pilotsuz uçuş aparatlarını məhv edən ələkeçiricilərin, dronlar üçün döyüş sursatlarının və raketlərin istehsalına yönəldiləcək.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Rusiyanın Ukraynaya qarşı strategiyası davam edir və bu maliyyələşmə Ukraynanın müdafiə sənayesini, həmçinin ölkənin özünü, əhalini və infrastrukturu qorumaq imkanlarını gücləndirməyə kömək edəcək.
Qəmər Kazımzadə





