Rusiyanın Kalininqrad vilayətindən olan İqor Odintsov Litvadan Rusiyaya qaytarıldıqdan sonra “terrora çağırış” ittihamı ilə 6 il müddətinə həbs edilib.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Odintsov sosial şəbəkələrdəki paylaşımlarına görə təqib olunduğunu bildirərək Rusiyadan Litvaya qaçıb və siyasi sığınacaq istəyib. O, Nemunu üzərək Litvaya keçib.
Lakin Litva sərhədçiləri onu Rusiyaya geri qaytarıblar. Odintsov ölkəyə qayıtdıqdan sonra saxlanılıb və daha sonra həbs cəzasına məhkum edilib.
Litvanın daxili işlər naziri Martinas Katelinas Odintsovun sığınacaq istədiyini təsdiqləyib. Sərhəd xidməti isə həmin vaxt rusiyalının təhlükə altında olduğuna dair məlumatlarının olmadığını və onun həssas vəziyyətdə olduğunu düşünmək üçün əsas görmədiklərini bildirib.
Hazırda sərhədçilər Odintsovun həqiqətən sığınacaq istəyib-istəmədiyinə əmin olmadıqlarını, müraciətinin guya “aydın ifadə olunmadığını” deyirlər.
Qəmər Kazımzadə




