Rusiyanın Volqoqrad şəhərində və Samara vilayətində neft və sənaye infrastrukturlarına PUA hücumları olduğu bildirilir.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Volqoqrad vilayətinin qubernatoru bölgənin sənaye infrastrukturuna kütləvi PUA hücumu barədə məlumat verib. Yerli sakinlər şəhərin cənub hissəsində güclü yanğın görüntüləri yayıb, Volqoqrad neft emalı zavodu və “Kaustik” kimya zavodu ərazisində yanğın baş verdiyi bildirilir.
Samara vilayətində isə Ukrayna tərəfinin neft obyektlərindən birinin vurulduğunu açıqladığı qeyd olunur. Bundan əvvəl vilayətdə bir neçə saat davam edən PUA hücumunun qarşısının alındığı və bir sıra pilotsuz uçuş aparatlarının vurulduğu bildirilib.
Aytən Yalçınqızı

















