Qırğızıstanın ilk peyki Kaliforniyadakı kosmodromdan kosmosa buraxılıb. Peyk “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə orbitə çıxarılıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, peykin idarə olunmasını Bişkekdəki İdarəetmə Mərkəzinin mütəxəssisləri həyata keçirəcək.
Peykin kosmosa göndərilməsini Qırğızıstan Prezidenti Sadır Japarov şəxsən izləyib.
Qəmər Kazımzadə


















