Cənubi Koreya Şimali Koreyaya iki ölkə arasındakı hərbi demarkasiya xəttinin keçdiyi ərazinin yenidən yoxlanılması ilə bağlı danışıqlar aparmağı təklif edib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Cənubi Koreyanın Birləşmə naziri Çon Don Yon yerində sərhədi müəyyənləşdirməyin getdikcə çətinləşdiyini bildirib.
Onun sözlərinə görə, 1953-cü ildə atəşkəsdən sonra quraşdırılan 1292 sərhəd nişanından yalnız 200-ə yaxını hazırda normal vəziyyətdədir.
Nazir həmçinin sərhəddə səsucaldanlar vasitəsilə təbliğat yayımlarının bərpa edilməsinin əleyhinə çıxıb və belə addımı “məsuliyyətsiz və təhlükəli” adlandırıb.
Qəmər Kazımzadə

















