Bakının Nəsimi rayonunda 2008-ci il təvəllüdlü yeniyetmənin uzun müddət mənzilin qapısını açmaması və döyülən qapıya cavab verməməsindən sonra yaxınları təşvişə düşüb.
Zefer.media xarici KİV-lərə istinadən bildirir ki, onun yaxınları “112” qaynar xəttinə müraciət ediblər.
Hadisə yerinə gələn FHN xilasediciləri alpinizm avadanlığından istifadə edərək beşmərtəbəli binanın üçüncü mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olublar.
Yeniyetmə yatmış vəziyyətdə aşkarlanıb.

















