• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9493
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Cavanşir Feyziyev: “Erməni cəmiyyətinə real erməni tarixini öyrətmək əsas məsələdir”

17 Sentyabr, 26 / 19:18
A A

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin təhsil müəssisələrində qonşu dövlətlərə qarşı ərazi iddialarını və irredentist yanaşmaları əks etdirən fikirlərin yayılmasına qarşı mövqe ortaya qoyması diqqət çəkir. Paşinyan gələcək nəsillərin “xəyali xəritələr” deyil, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində formalaşmasının vacibliyini vurğulayıb.

Maraqlıdır, Paşinyanın bu mövqeyi Ermənistan cəmiyyətində qonşu ölkələrə münasibətin dəyişməsinə və Azərbaycanla münasibətlərin normallaşması prosesinə təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Cavanşir Feyziyev açıqlama verib.

Millət vəkili vurğulayıb ki, yüz ildən çox müddət ərzində erməni cəmiyyətinə “dənizdən dənizə Ermənistan” ideologiyası təlqin olunub:

“Heç bir əsası olmayan mifik “Böyük Ermənistan” xülyası nəsildən nəsilə ermənilərin şüurunda dərin kök salıb. Qarabağın işğalı da ermənilərin bu psevdo- patriotik inamı və ideologiyası sayəsində baş tutmuşdu.

Qarabağı azad edib geri qaytarmasaydıq bu həmin zərərli ideologiyanın ermənilərin şüurunda daha da möhkəmlənməsinə və gələcəkdə yeni müharibələrin alovlanmasına gətirib çıxara bilərdi. Azərbaycan dövləti nə qədər sülh danışıqları vasitəsilə erməniləri bu yoldan çəkindirməyə çalışsa da bu savaşsız mümkün olmadı.

İndi vəziyyət kökündən dəyişib. Bəzi erməni ziyalıları özləri də Cənubi Qafqaza köçürülməklə yerləşdirildiklərini və bunun böyük güc dövlətlərinin maraqlarına uyğun olaraq baş verdiyini etiraf edirlər. İndiki reallıqlar şəraitində Ermənistan Baş nazirinin dərsliklərlə bağlı açıqlaması diqqətəlayiq haldır.

Burada Paşinyanın fikirləri onun “Real Ermənistan” siyasəti ilə üst- üstə düşür. Bu siyasət ilk növbədə ermənilərin özlərinin uydurma tarixdən imtina edib, beynəlxalq birlik tərəfindən tanınmış ərazisində yeni dövlət quruculuğuna yol aça bilər.

Əsas məsələ erməni cəmiyyətinə real erməni tarixini öyrətmək və iki yüz ilə yaxın müddət ərzində beyinlərə sırınmış mifik “böyük Ermənistan” iddiasının yalan və əsassız olduğunu qəbul etdirməkdən ibarətdir.

Paşinyan da buna çalışır və anlayır ki, yeganə çıxış yolu “Real Ermənistan” uğrunda mübarizə aparmaqdır və siyasətdə bundan fərqli bir yanaşmamnın seçilməsi Ermənistanın bu günkü kövrək dövlətçiliyinə də son qoya bilər”.

Bənzər Xəbərlər

Gündəm

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Sentyabr 17, 2026
Gündəm

Qafqazda sülh, Türk dünyasında birlik və İslam aləmində həmrəylik

Sentyabr 17, 2026
Gündəm

Euronews” Hikmət Hacıyevin Ərəb Media Forumundakı çıxışından yazıb

Sentyabr 17, 2026
Gündəm

26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu

Sentyabr 17, 2026
Gündəm

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib — FOTOLAR

Sentyabr 17, 2026
Gündəm

Alla Axundova VƏFAT ETDİ 

Sentyabr 17, 2026

XƏBƏR LENTİ

Cavanşir Feyziyev: “Erməni cəmiyyətinə real erməni tarixini öyrətmək əsas məsələdir”

17 Sentyabr, 26 / 19:18

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

17 Sentyabr, 26 / 16:20

Tale Əliyev: BMT Azərbaycana qarşı təcavüzün qarşısını ala bilmədi

17 Sentyabr, 26 / 11:25

ABŞ Konqresindən Rusiyaya qarşı yeni sanksiyalar – Trampın qərarı gözlənilir

17 Sentyabr, 26 / 11:21

Rusiya Ukraynanın bir neçə şəhərinə zərbələr endirib

17 Sentyabr, 26 / 11:17

Robot robotu yığır – Çində humanoid robotların “ağıllı” zavodu işə düşdü

17 Sentyabr, 26 / 11:12

Fransada yanacaqdoldurma məntəqələrində yanacaq qıtlığı yaranıb

17 Sentyabr, 26 / 11:05

Qafqazda sülh, Türk dünyasında birlik və İslam aləmində həmrəylik

17 Sentyabr, 26 / 10:46

ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi – Sənəd Trampa göndərildi

17 Sentyabr, 26 / 10:16

Türkiyə Reyhan Sarı gəmisinə hücumla bağlı BCM-ə müraciət edib

17 Sentyabr, 26 / 10:06

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.