Ötən gecə Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.
Zefer.media xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyinin qüvvələri cəlb olunub. Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə birgə zəruri tədbirlər görülüb və vəziyyət nəzarətə götürülüb.
Yaxın ərazilərdə yaşayan sakinlər təhlükəsizlik məqsədilə təxliyə ediliblər.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

















