Dünya

İran rəsmisi: “Ali rəhbərin öldürüləcəyini bilsəydim, zənginləşdirməni dayandırardım”

28 Avqust 2026, 13:314
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən İran prezidentinin icra məsələləri üzrə müavini Məhəmmədcəfər Qaempənah ABŞ-nin İranın ali rəhbərini öldürəcəyini əvvəlcədən bilsəydi, uranın zənginləşdirilməsi prosesinin dayandırılmasının mümkün olduğunu bildirib.

Zefer.media xəbər verir ki, o, deyib:

“Əgər mən olsaydım və Amerikanın rəhbərimizi şəhid edəcəyini bilsəydim, zənginləşdirməni dayandırardım”.

İran rəsmisi, habelə, ABŞ-nin İranın sənaye müəssisələrini, yollarını, neftayırma zavodlarını və elektrik enerjisi infrastrukturunu hədəfə almasını tənqid edib.

“Onlar niyə bizim sənaye müəssisələrimizi və yollarımızı vurmalıdır? Niyə neftayırma zavodlarımızı və elektrik enerjisi infrastrukturumuzu hədəfə almalıdırlar?” – deyə, Qaempənah bildirib.

O əlavə edib ki, elektrik enerjisi və neftayırma zavodlarına zərbələr işsizliyin artmasına səbəb olur.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600