Dünya

Nepalda selin nəticəsində ölənlərin sayı 469-a çatıb

28 Avqust 2026, 10:293
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Nepalda çərşənbə günü baş verən güclü selin ardından axtarış-xilasetmə qrupları cümə günü səhərədək 469 nəfərin meyitini aşkarlayıb.

Zefer.media “Xinhua”ya istinadən xəbər verir ki, Nepal Polisi bildirib ki, xilasetmə və yardım əməliyyatları zərərçəkən bölgələrdə davam edir. İndiyədək 1 545 nəfər xilas edilib.

Nepalın Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi üzrə Milli İdarəsinin məlumatına görə, cümə axşamı yerli vaxtla saat 22:00-a olan məlumata əsasən, 977 nəfərlə əlaqə hələ də mümkün olmayıb.

Axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının artacağı istisna edilmir.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600