Dünya

Cənubi Koreyada boya materialları zavodunda yanğın: 1 nəfər ölüb, 2 nəfər itkin düşüb

28 Avqust 2026, 10:012
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Cənubi Koreyanın Çonan şəhərində boya materialları istehsal edən zavodda yanğın baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfərin isə taleyi məlum deyil. Məlumatı “Yonhap” agentliyi yayıb. 

Zefer.media “Xinhua”ya istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 11:44-də başlayıb. Hadisə Seuldan təxminən 85 kilometr cənubda yerləşən Çonan şəhərində baş verib.

Hadisə yerində bir nəfərin meyiti aşkarlanıb və yaxınlıqdakı xəstəxanaya aparılıb. İki əməkdaşın isə itkin düşdüyü bildirilir. Hazırda onların axtarışı davam etdirilir.

Zəhərli tüstünün yayılmağa başlamasından sonra şəhər rəhbərliyi fövqəladə xəbərdarlıq elan edib. Sakinlərə təhlükəsizliklərini prioritet hesab etmələri, sürücülərə isə ərazidən yan keçmələri tövsiyə olunub.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600