Dünya

CIA rəhbərinin Moskvaya müəmmalı səfəri: “ABŞ Rusiyanı həm NATO, həm də İranla bağlı xəbərdar edib”

27 Avqust 2026, 23:036
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin bu həftə Moskvaya səfərinin əsas məqsədi Rusiyanı NATO üzvü olan ölkələrə mümkün hücumla bağlı xəbərdar etmək olub. 

Zefer.media “Euronews”a istinadən xəbər verir ki, səfər ABŞ kəşfiyyatının Rusiyanın NATO-nun reaksiyasını və birliyini sınaqdan keçirməyə cəhd göstərə biləcəyi ilə bağlı qiymətləndirmələrinin fonunda baş tutub.

Məlumata görə, Retkliff xüsusilə Estoniya, Latviya və Litvaya qarşı mümkün eskalasiya ilə bağlı Moskvanı xəbərdar edib. Həmçinin onun Rusiyanın İrana hərbi və iqtisadi dəstəyini azaltması məsələsini gündəmə gətirdiyi bildirilir.

Kreml isə Retkliffin Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşdüyünü təsdiqləyib, lakin səfərin dəqiq məzmununu açıqlamayıb. ABŞ Prezidenti Donald Tramp səfəri “yarı-rutin” adlandırıb.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600