Dünya

İdman zalına artıq ehtiyac yoxdur?

27 Avqust 2026, 22:583
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Çinli tədqiqatçılar fiziki məşq etmədən əzələ kütləsini artırmağa imkan verən texnologiya hazırlayıblar.

Zefer.media bu barədə xarici mətbuata istinadən  xəbər verir.

Dəri altına xüsusi əzələ hüceyrələri yeridilir. Bu hüceyrələr özləri birləşərək toxuma əmələ gətirir və fiziki yüklənmə effekti yaradır.

Siçanlar üzərində aparılan təcrübələr zamanı metod əzələ kütləsini və dözümlülüyü artırıb, həmçinin sümükləri möhkəmləndirib. Bununla yanaşı, ürək və oynaqlara əlavə yük düşməyib.

İlk növbədə texnologiyanın yaşlı insanlar və uzun müddət hərəkət edə bilməyən xəstələr üçün istifadəsi planlaşdırılır.

Bütün sınaqlardan uğurla keçəcəyi təqdirdə, gələcəkdə texnologiya hər kəs üçün əlçatan ola bilər.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600