Xarici xəbərlər

Çin ABŞ-yə xəbərdarlıq etdi: “İranla əməkdaşlığımızı pozmağa imkan verməyəcəyik”

27 Avqust 2026, 14:123
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən Çin ABŞ-nin İrana qarşı yeni genişmiqyaslı sanksiya kampaniyasına etiraz edərək, Tehranla əməkdaşlığının pozulmasına və ya zəiflədilməsinə imkan verməyəcəyini açıqlayıb.

Zefer.media xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib:

“iqtisadi müharibə və maksimum təzyiq İran məsələsinin həllinə kömək etməyəcək”.

Onun sözlərinə görə, bu siyasət gərginliyi və münaqişələri daha da artırır.

Lin Jian Çinin İranla əməkdaşlığının beynəlxalq hüquq çərçivəsində həyata keçirildiyini vurğulayaraq, bu əməkdaşlığın “pozulmamalı və ya zəiflədilməməli” olduğunu deyib.

Çin rəsmisi əlavə edib ki, Pekin vəziyyəti diqqətlə izləyir və öz qanuni hüquq və maraqlarını qorumaq üçün “bütün zəruri tədbirləri” görəcək.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600