Xarici xəbərlər

Marbellada nəhəng tuna balığı istirahət edənləri qorxuya salıb — onu köpəkbalığı hesab ediblər

26 Avqust 2026, 12:193
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Təxminən 300 kiloqram ağırlığında və iki metr uzunluğunda olan balıq sahilə çox yaxınlaşıb və suda çabalamağa başlayıb. Bu isə çimərlikdə panikaya səbəb olub.

Zefer.media Nexta Tv – ə istinadən xəbər verir ki, sonradan məlum olub ki, bu, ehtimal ki, balıqçılıq alətlərindən və ya hidrosikldən xəsarət alaraq istiqamətini itirmiş tuna balığıdır.

İstirahət edənlər “köpəkbalığının” əslində köməyə ehtiyacı olduğunu başa düşdükdən sonra ona dənizə qayıtmağa kömək ediblər. Onlar hətta şezlonqlardan istifadə edərək tuna balığını sözün əsl mənasında daha dərin sulara doğru itələyiblər.

Pərvin Hacıyeva

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600