Xarici xəbərlər

Rusiyada 14 yaşlı qızı çəkdiyi rəsmləri silməyə məcbur ediblər

26 Avqust 2026, 12:039
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Tulada 14 yaşlı qızı uşaq meydançasında özü tərəfindən çəkilmiş “Smeşariki” personajlarının rəsmlərini silməyə məcbur ediblər.

Zefer.media xarici mənbələrə istinadən xəbər verir ki, administrasiya qızı vandalizmdə ittiham edib və rəsmlər silinməsə, valideynlərini polisə verməklə hədələyib.

Yerli sakinlər, “Smeşariki”nin yaradıcıları, hətta Tula vilayətinin qubernatoru da qızı müdafiə edib. Lakin buna baxmayaraq, məktəbli qız sonda rəsmlərini silməyə məcbur edilib. Üstəlik, bunu dövlət televiziyasının kameraları qarşısında etməli olub.

Vəziyyətin absurd tərəfi odur ki, rəsmlər təbaşirlə çəkilmişdi və yağış yağdıqdan sonra onsuz da öz-özünə silinəcəkdi. Amma məmurlar uşağın özünüifadəsinə görə ona qarşı nümayişkaranə şəkildə “cəzalandırma” tədbiri görməyə qərar veriblər.

Lalə Qurbanlı

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600