Xarici xəbərlər

ABŞ şirkəti Rusiyaya görə təyyarəni Ermənistan aviaşirkətinə vermədi

26 Avqust 2026, 11:453
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Amerikalı lizinq şirkəti Rusiya ilə bağlı narahatlıqlar səbəbindən təyyarəni Ermənistan aviaşirkətinə təhvil verməkdən imtina edib.

Zefer.media Minval.az – a istinadən xəbər verir ki, Ermənistanın yükdaşıma aviaşirkəti Hayways, Boeing 737-800 təyyarəsinin lizinq şirkətinə qarşı ABŞ məhkəməsinə iddia qaldırıb.

Təyyarə Hayways üçün nəzərdə tutulmuş və artıq şirkətin rənglərinə uyğun şəkildə rənglənmişdi. Lakin Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra tərəflər arasındakı müqavilə ləğv edilib.

Lizinq şirkəti qərarını Ermənistanın Rusiyanın müttəfiqi olması ilə əlaqədar təyyarənin müsadirə edilə biləcəyi və ya Rusiya ərazisində istismar oluna biləcəyi riski ilə bağlı narahatlıqlarla əsaslandırıb.

Pərvin Hacıyeva

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600