Dünya

İran və ABŞ atəşkəs barədə razılığa gəlib?

26 Avqust 2026, 11:271
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiyanın “RİA Novosti” agentliyi İran və Pakistan mənbələrinə istinadən Tehran və Vaşinqton arasında atəşkəs barədə razılaşma əldə edildiyini bildirib.

Zefer.media xəbər verir ki, razılaşma Hörmüz boğazında beynəlxalq gəmiçilik üçün naviqasiya azadlığının təmin edilməsini də nəzərdə tutur.

Agentlik mənbələri rəsmi atəşkəs elanının yaxın günlərdə veriləcəyini, daha sonra isə danışıqlar və texniki görüşlərin keçiriləcəyini açıqlayıb.

Razılaşma Oman və Pakistanın vasitəçiliyi ilə aparılan intensiv danışıqlar nəticəsində əldə olunub. Omanın xarici işlər naziri Bədr əl-Busəidi də yaxın zamanda Hörmüz boğazında gəmilər üçün müvəqqəti dəhlizin elan ediləcəyinə ümid etdiyini deyib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600