Dünya

Aİ, Böyük Britaniya, Yaponiya və Cənubi Koreya Çin avtomobil sənayesinə qarşı birləşə bilər

26 Avqust 2026, 11:223
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya və Cənubi Koreya Çin avtomobil sənayesinin artan təsirinə qarşı birgə fəaliyyət göstərmək imkanlarını müzakirə edir.

Zefer.media “Handelsblatt”a istinadən xəbər verir ki, tərəflər yerli avtomobil istehsalçılarını dəstəkləmək və Çindən asılılığı azaltmaq məqsədilə mümkün ittifaqın yaradılmasını müzakirə edirlər.

Müzakirə olunan təkliflərə əsasən, Yaponiya, Cənubi Koreya və Böyük Britaniya avtomobillərinin Aİ-də subsidiyaların bölüşdürülməsi zamanı Avropa istehsalı avtomobillərlə eyni kateqoriyaya daxil edilməsi nəzərdən keçirilir. Çin istehsalçıları isə bu güzəştlərdən yararlana bilməyəcək.

Bundan əlavə, tərəflərin avtomobil və akkumulyator istehsalında istifadə olunan xammal üçün alternativ təchizatçıların birgə axtarışını planlaşdırdığı bildirilir.

Mümkün əməkdaşlığın əsas məqsədlərindən biri Çin avtomobil istehsalçılarına qarşı rəqabət qabiliyyətini artırmaq və strateji xammal təchizatında riskləri azaltmaqdır.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600